Yuxarı
    Bağlamaq

    Fransada keçirilən etiraz aksiyaları zamanı 2 nəfər xəsarət alıb

    Nümayişi dağıtmağa cəhd göstərən polis gözyaşardıcı qazdan istifadə edib© Foto: tvc.ru

    Paris. 24 aprel. REPORT.AZ/ Fransada bir qrup şəxs prezident seçkilərində «İrəli» hərəkatının təsisçisi Emmanuel Makronun və "Milli Cəbhə"nin lideri Mari Le Penin qələbə qazanaraq ikinci tura çıxması əleyhinə etiraz aksiyası keçirib.

    "Report"un Fransa bürosu xəbər verir ki, aksiyalar zamanı narazılarla polis əməkdaşları arasında toqquşmalar baş verib.

    Belə ki, aksiya iştirakçıları bankların və polis avtomobillərinin şüşələrini sındırıb. Etirazçılar həmçinin asayiş keşikçilərinə şüşə qablar atıblar. 

    Toqquşmalar zamanı biri yeniyetmə olmaqla, iki nəfər ağır xəsarət alıb. "Bastiliya" meydanında başlayan nümayiş Parisin İV, Xİ, Xİİ və XİX rayonlarına da yayılıb. 

    Nümayişi dağıtmağa çalışan polis gözyaşardıcı qazdan istifadə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi