Fransada Karlos Qonla bağlı vergi yoxlamasına başlanılıb

Fransada Karlos Qonla bağlı vergi yoxlamasına başlanılıb Fransanın dövlət orqanları Fransa-Yaponiya avtomobil birliyi Renault – Nissan – Mitsubishinin sabiq rəhbəri Karlos Qon barəsində vergi yoxlaması prosesinə başlayıb.
Digər ölkələr
24 İyun , 2019 05:26
Fransada Karlos Qonla bağlı vergi yoxlamasına başlanılıb

Fransanın dövlət orqanları Fransa-Yaponiya avtomobil birliyi "Renault" – "Nissan" – "Mitsubishi"nin sabiq rəhbəri Karlos Qon barəsində vergi yoxlaması prosesinə başlayıb.

"Report"un məlumatına görə, bu barədə "Liberation qəzeti" bildirib.

İlkin məlumatlara görə, müvafiq xəbərdarlıq Qona, həmçinin onun arvadına bildirilib.

Qeyd edək ki, Qona qarşı yeni ittihamlar irəli sürülüb. Yeni ittihamlara görə, o, 2008-ci ilin maliyyə əməliyyatlarında 1,8 milyarddan çox ieni (16 milyon dollardan çox -red) özünün şəxsi itkilərini ödəmək üçün "Nissan"a köçürüb.

Daha əvvəl "Renault" – "Nissan" – "Mitsubishi" birliyinin sabiq başçısının arvadı Osakada keçirilən "Böyük İyirmilik" sammitində ABŞ prezidenti Donald Trampı ərini müdafiə etməyə çağırıb.

Qon buna qədər Yaponiyada, ötən ilin 19 noyabrda həbs edilib. Həbs vaxtı onu 2010-2017-ci illərdə gəlirlər haqqında məlumatları azaltmaqda ittiham ediblər. 

Son xəbərlər

Orphus sistemi