Fransada karantini pozduqlarına görə cərimələnənlərin sayı açıqlanıb

Fransada karantini pozduqlarına görə cərimələnənlərin sayı açıqlanıb Martın 16-dan 20-dək Fransada yeni koronavirusun yayılması ilə bağlı karantin qaydalarının pozulduğuna görə 38 994 cərimə tədbiri tətbiq olunub.
Digər ölkələr
21 Mart , 2020 23:44
Fransada karantini pozduqlarına görə cərimələnənlərin sayı açıqlanıb

Martın 16-dan 20-dək Fransada yeni koronavirusun yayılması ilə bağlı karantin qaydalarının pozulduğuna görə 38 994 cərimə tədbiri tətbiq olunub.

“Report” xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Nazirliyin məlumatına görə, bu cərimələr 867 695 yoxlamadan sonra həyata keçirilib.

Xatırladaq ki, ayın 17-dən etibarən ölkədə evdən çıxmaq məhdudiyyəti tətbiq olunub. Təcili iş üçün evdən çıxmağa məcbur olduqda isə vətəndaşın üzərində evi tərk etməyin səbəbi və hara getdiyi göstərilmiş ərizə olmalıdır. Bu qaydanı pozanlar 135 avro məbləğində cərimə edilir.

Son məlumatlara görə, Fransada COVID-19 virusuna yoluxanlar 12 612 nəfər, ölənlər 450 nəfər, sağalanlar 1 587 nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi