Fransada insanlar Milad yarmarkasından təxliyə olunub

Fransada insanlar Milad yarmarkasından təxliyə olunub Ərazidə şübhəli avtomobil aşkar edilib
Digər ölkələr
24 Dekabr , 2016 00:30
Fransada insanlar Milad yarmarkasından təxliyə olunub

Bakı. 24 dekabr. REPORT.AZ/ Cümə günü Fransanın Mets şəhərində insanlar şübhəli avtomobil səbəbindən Milad yarmarkasından təxliyə olunub.

"Report" xəbər verir ki, bu barədə "France Info" radiosu məlumat yayıb.

Radionun məlumatına görə, şübhəli maşın Respublika meydanında aşkar olunub. Onun içərisində qaz balonu olub. Ərazi nəzarətə götürülüb, hadisə yerinə partlayıcı maddələr üzrə mütəxəssislər cəlb olunub.

Sonradan maşının sahibini tapmaq mümkün olub. Avtomobilə baxış keçirildikdən sonra "həyəcan siqnalı" ləğv olunub.

Son xəbərlər

Orphus sistemi