Fransada bülletenlərin 99,99 faizi hesablanıb: Makron qalib gəlib - yekun nəticələr - YENİLƏNİB-3

Fransada bülletenlərin 99,99 faizi hesablanıb: Makron qalib gəlib - yekun nəticələr - YENİLƏNİB-3 "Milli Cəbhə" Partiyasının lideri Marin Le Pen 33,94 faiz seçici səsi toplayıb
Digər ölkələr
8 May , 2017 05:02
Fransada bülletenlərin 99,99 faizi hesablanıb: Makron qalib gəlib - yekun nəticələr - YENİLƏNİB-3

Bakı. 8 may. REPORT.AZ/ Fransada keçirilən prezident seçkilərin II turunda bülletenlərin 99,99 faizinin sayılmasına əsasən "İrəli" hərəkatının lideri Emmanuel Makron 66,06 faiz seçici səsi toplayıb.

"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, seçkilərin II turunda Makronun namizədi olmuş "Milli Cəbhə" Partiyasının lideri Marin Le Pen 33,94 faiz seçici səsi toplayıb.

"Reuters"in yaydığı xəbərdə isə bildirilir ki, rəsmi məlumatlara görə, bülletenlərin 11,5%-i boş qalıb və ya xarab olub. Qeydə alınan seçicilərin ümumi sayının 25,38%-i səsvermədə bitərəf qalıb.



***03:33

Bakı. 8 may. REPORT.AZ/ Fransanın Daxili İşlər Nazirliyi prezident seçkilərinin II turunda seçici səslərinin hesablanmasını başa çatdırıb.

"Report" xəbər verir ki, 35 milyon bülletenin (98, 26 faiz) hesablanmasına əsasən "İrəli" hərəkatının qurucusu Emmanuel Makron seçkilərdə 65,82 faiz səs toplayıb. Makrona 20,4 milyon seçici səs verib.

Onun rəqibi, "Milli Cəbhə" partiyasının lideri Marin Le Pen isə 34,18 faiz seçici səsi ilə kifayətlənib. Fransız seçicilərin 34,18 faizi seçkilərdə Le Penə etimad göstərib.



***00:40

Fransada keçirilmiş prezident seçkilərinin bülletenlərinin 95 faizinin hesablanmasına əsasən «İrəli» partiyasının lideri Emmanuel Makron 65,48 faiz seçici səsi toplayıb.

"Report" xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumatda qeyd edilir ki, onun rəqibi, "Milli Cəbhə" Partiyasının lideri Marin Le Pen seçkilərdə 34,52 faiz seçici səsi toplayıb. 




***22:01

Paris. 7 may. REPORT.AZ/ İlkin hesablamalara əsasən Fransanın V Respublikasının 8-ci prezidenti 65,1% ilə «İrəli» partiyasının lideri Emmanuel Makron olub.

"Report"un Fransa bürosu xəbər verir ki, Emmanuel Makron prezident seçkilərində səslərin 34,9 % toplayan Milli Cəbhənin lideri Marin Le Pen üzərində qələbə qazanıb.

Xatırladaq ki, Fransada builki prezident seçkilərinin I turunda 11 namizəd iştirak edib.

Son xəbərlər

Orphus sistemi