Fransada iki polis vəhşicəsinə döyülüb

Fransada iki polis vəhşicəsinə döyülüb Fransada iki polis 15 nəfərə yaxın şəxsin hücumuna məruz qalıb.
Digər ölkələr
4 Yanvar , 2021 23:03
Fransada iki polis vəhşicəsinə döyülüb

Fransada iki polis 15 nəfərə yaxın şəxsin hücumuna məruz qalıb.

Bu barədə “Report” “Actu17” portalına istinadən xəbər verir.

Qeyd olunub ki, Parisin kənarında, One-su-Bua bölgəsində polislər sənədlərini yoxlamaq üçün motosiklet sürən iki nəfəri saxlayıb. Ancaq onların heç birinin sənədi olmayıb.

Motosikletçilər sənədlərinin evdə olduğunu bildirib və polislər onları evə qədər müşaiyət edib. Lakin bir müddət sonra həmin şəxslər sənədlərlə deyil, 15 nəfərə yaxın şəxslə qayıdaraq polisə hücum ediblər.

Hücumdan sonra ağır xəsarət alan polislər xəstəxanaya yerləşdiriliblər. Hazırda polisə xəsarət yetirən şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi