Fransanın şimalında kilsədəkiləri girov götürənlər zərərsizləşdirilib - YENİLƏNİB

Fransanın şimalında kilsədəkiləri girov götürənlər zərərsizləşdirilib - YENİLƏNİB İlkin məlumatlara görə, girovlardan biri - kilsə keşişi qətlə yetirilib
Digər ölkələr
26 İyul , 2016 13:28
Fransanın şimalında kilsədəkiləri girov götürənlər zərərsizləşdirilib - YENİLƏNİB

Bakı. 26 iyul. REPORT.AZ/ Fransanın şimalında kilsədəkiləri girov götürən iki nəfər zərərsizləşdirilib.

"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə polisdən məlumat verilib.

İlkin məlumatlara görə, girovlardan biri - kilsə keşişi qətlə yetirilib, daha bir girov isə yaralanıb.

***13:05

Fransanın şimalındakı Sent-Etyen-dyu-Ruvre şəhərciyində bıçaqla silahlanmış iki kişi kilsədə bir neçə nəfəri girov götürüb.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

İlkin məlumatlara görə, girov götürülənlərin sayı 4-6 nəfər ola bilər.

Son xəbərlər

Orphus sistemi