Yuxarı

Fransada İŞİD-lə əlaqədə olan iki yeniyetmə həbs edilib

Son 1 ayda ölkədə qətllər planlaşdırmış 6 yeniyetmə saxlanılıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Fransanın hakimiyyət orqanları qətl hazırlığında şübhəli bilinən iki yeniyetmə barəsində araşdırmaya başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, onların həm də Fransada terror aktlarının təşkilatçısı olmuş İŞİD qruplaşması ilə əlaqədə olduqları güman edilir.

Hüquq-mühafizə orqanlarındakı mənbənin agentliyə verdiyi məlumatda bildirilir ki, 21 yaşlı oğlan və 17 yaşlı hamilə qadın Rəşid Kassimlə əlaqədə olublar.

Kaşim Fransada bir neçə terror aktına cəhddə, yaxud bilavasitə aktın təşkil edilməsində iştirakda şübhəli bilinir.

Son 1 ay ərzində Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları Kassimlə əlaqədə olmuş və qətllər planlaşdırmış altı yeniyetməni həbs ediblər.

Agentliyin məlumatına görə, Rəşid Kassim hazırda Suriya yaxud İraq ərazisindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi