Fransada "İrma" qasırğası zamanı ölənlərin sayı 10 nəfərə çatıb

Fransada "İrma" qasırğası zamanı ölənlərin sayı 10 nəfərə çatıb Təbii hadisə zamanı daha 23 nəfər xəsarət alıb
Digər ölkələr
7 Sentyabr , 2017 21:36
Fransada İrma qasırğası zamanı ölənlərin sayı 10 nəfərə çatıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Fransanın dənizkənarı ərazilərində cərəyan edən "İrma" qasırğası nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Agentliyin məlumatına görə, Sen-Bartelemi və Sen-Marten dənizkənarı ərazilərində təbii hadisə zamanı daha 23 nəfər xəsarət alıb. Qeyd olunur ki, Böyük Britaniyanın da dənizkənarı ərazisi olan Angilya adasında azı bir nəfər qasırğanın qurbanı olub. Fövqəladə Hallar üzrə Karib agentliyinin məlumatında bildirilir ki, adadakı yolların 90 faizi keçilməz hala düşüb.

Barbuda adasında isə 2 yaşlı körpə qasırğanın qurbanı olub. O, valideynləri uçmuş evi tərk etməyə çalışarkən ölüb.

Qeyd edək ki, bundan əvvəlki məlumatda qasırğa zamanı 8 nəfərin həlak olduğu bildirilirdi. 

Son xəbərlər

Orphus sistemi