Fransada I Dünya müharibəsinin başa çatması günü qeyd olunur - VİDEO

Fransada I Dünya müharibəsinin başa çatması günü qeyd olunur - VİDEO Bu məqsədlə Notr-Dam kilsəsi al-əlvan işıqlara boyanıb
Digər ölkələr
11 Noyabr , 2017 03:53
Fransada I Dünya müharibəsinin başa çatması günü qeyd olunur - VİDEO
Report

Paris. 11 noyabr. REPORT.AZ/ Bu gün Fransada I Dünya müharibəsinin başa çatması günü qeyd olunur.

“Report”un Fransa bürosu məlumat verir ki, müharibənin bitməsi və sülhün bərqərar olması münasibətilə hər il olduğu kimi bu il də Parisdə bir sıra tədbirlər həyata keçiriləcək.

I Dünya müharibəsinin bitməsinin 100 illiyi ərəfəsində Parisdə XII əsrin yadigarı olan tarixi Notr-Dam kilsəsi (Məryəm ana kilsəsi) işıqlara boyanıb. Kilsənin üzərində nümayiş etdirilən 20 dəqiqəlik videonümayişdə alabəzək işıqların və qələbə ruhlu musiqinin köməkliyi ilə tarixi yaddaşlara virtual səyahət təşkil olunub. Film boyu əsrlərə, müharibələrə davam gətirmiş bu kilsənin yerində I Dünya müharibəsinin acılarını, həlak olan insanların ahını və nəhayət böyük tarixi qələbəni, bundan doğan sonsuz sevinci və bayramı canlandıran səhnələr görünür.

Son xəbərlər

Orphus sistemi