Fransada məhkəmələrin barələrində hökm çıxardığı “sarı jiletlilər”in sayı açıqlanıb

Fransada məhkəmələrin barələrində hökm çıxardığı “sarı jiletlilər”in sayı açıqlanıb Bakı. 12 fevral. REPORT.AZ/ Fransada “sarı jiletlilər” hərəkatının keçirdiyi etiraz aksiyaları zamanı baş verən iğtişaşların iştirakçıları barədə məhkəmələr tərəfindən 1800-dək hökm verilib.
Digər ölkələr
12 Fevral , 2019 20:10
Fransada məhkəmələrin barələrində hökm çıxardığı “sarı jiletlilər”in sayı açıqlanıb

Bakı. 12 fevral. REPORT.AZ/ Fransada “sarı jiletlilər” hərəkatının keçirdiyi etiraz aksiyaları zamanı baş verən iğtişaşların iştirakçıları barədə məhkəmələr tərəfindən 1800-dək hökm verilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazir Eduard Filip məlumat verib.

“Hərəkat başlayandan bu günədək məhkəmələr tərəfindən 1796 hökm verilib, 1422 nəfər də barələrində məhkəmə hökmünü gözləyir”, - deyə hökumət başçısı parlamentin aşağı palatasında deputatların suallarını cavablandırarkən bildirib.

Son xəbərlər

Orphus sistemi