Fransada gün ərzində 170 nümayiş keçiriləcək

Fransada gün ərzində 170 nümayiş keçiriləcək Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün Fransada hökumət tərəfindən aparılan islahatlara qarşı kütləvi nümayişlər keçirilir.
Digər ölkələr
16 Noyabr , 2017 14:58
Fransada gün ərzində 170 nümayiş keçiriləcək

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün Fransada hökumət tərəfindən aparılan islahatlara qarşı kütləvi nümayişlər keçirilir.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Fransanın bir sıra iri şəhərində ictimai nəqliyyat və regional qatarların hərəkəti fasilələrlə həyata keçirilir.

Fransanın SNCF dəmir yolu şirkətindən bildiriblər ki, nümayişlərə görə ciddi problemlər yaranacağını gözləmirlər. Fransa Mülki Aviasiyasının rəhbərliyi, öz növbəsində, işdə yalnız kiçik axsamaların ola biləcəyini qeyd edib.

Qeyd olunur ki, bu gün Fransa üzrə, o cümlədən Parisdə, təqribən, 170 nümayiş keçirilməsi planlaşdırılır. Paytaxtda əsas aksiyaların yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 17:00) başlayacağı gözlənilir.

Etiraz aksiyaları Fransanın Milli Həmkarlar İttifaqı olan Ümumi Əmək Konfederasiyası tərəfindən təşkil edilir. İştirakçılar ölkə hökumətinin həyata keçirdiyi, "liberal" hesab etdikləri islahatlara qarşı çıxırlar. Onlar həmçinin dövlət sektorunda çalışanların vəziyyəti ilə bağlı islahatlardan narazıdırlar.

Son xəbərlər

Orphus sistemi