Fransada güclü küləklə əlaqədar narıncı həyəcan səviyyəsi elan edilib

Fransada güclü küləklə əlaqədar narıncı həyəcan səviyyəsi elan edilib Bakı. 27 dekabr. REPORT.AZ/ Fransanın beş departamentində güclü küləklə əlaqədar narıncı həyəcan səviyyəsi elan edilib.
Digər ölkələr
27 Dekabr , 2017 12:54
Fransada güclü küləklə əlaqədar narıncı həyəcan səviyyəsi elan edilib

Bakı. 27 dekabr. REPORT.AZ/ Fransanın beş departamentində güclü küləklə əlaqədar narıncı həyəcan səviyyəsi elan edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunlar ölkənin cənubundakı Aryej, Yuxarı Qaronna, Yuxarı Pireney, Atlantik Pireneyi və Landlar departamentləridir.

Bu gün göstərilən departamentlərdə küləyin sürəti saniyədə 120-140 metrə çatacaq.

Meteoroloqlar qeyri-sabit hava şəraitinin yolda nəqliyyatın hərəkətinə, eləcə də hava və dəniz daşımalarına təsir edə biləcəyi ilə bağlı xəbərdarlıq edib. 

Bundan əlavə, güclü küləklər enerji təchizatı və telefon rabitəsinə də təsir göstərə bilər.

Son xəbərlər

Orphus sistemi