Bakı. 10 dekabr. REPORT.AZ/ Fransa hökuməti ölkədə fövqəladə vəziyyətin uzadılmasını təklif edəcək.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Fransa baş naziri Bernar Kaznöv bildirib.
Bu qərarın dekabrın 13-də təsdiq ediləcəyi ehtimal olunur.
Xatırladaq ki, Fransada fövqəladə vəziyyət ötən il Parisdə törədilən terror hücumlarından sonra tətbiq edilib və hələlik 15 iyul 2017-ci ilə qədər davam edəcək.