Bakı. 17 fevral. REPORT.AZ/ Fransa parlamenti ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejiminin daha üç ay - mayın 26-dək ay uzadılması haqda qanun layihəsini təsdiqləyib.
“Report”un “Gazeta.Ru”-ya istinadən verdiyi xəbərə görə, qərarın lehinə 212 deputat səs verib, əlehinə - 31 nəfər çıxış edib.
Parisdə terror aktlarından dərhal sonra Fransa dövlət başçısı ölkədə fövqəladə vəziyyət elan etsə də, onun müddəti ilə bağlı müzakirələr aparılırdı.
Qeyd edək ki, ötən il noyabrın 13-də Parisdə törədilən terror aktları qurbanlarının xatirəsinə 15, 16, 17 noyabr ölkədə matəm günü elan edilmişdi.