Yuxarı

​Fransada fövqəladə vəziyyət rejimi 3 ay uzadılıb

Parlament bununla bağlı qanun layihəsini təsdiqləyib

Bakı. 19 noyabr. REPORT.AZ/ Fransa parlamenti ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejiminin 3 ay uzadılması haqda qanun layihəsini təsdiqləyib.

"Report" BBC-yə istinadən xəbər verir ki, qanunvericiliyə görə, ölkə prezidenti 12 gündən artıq fövqəladə vəziyyət rejimini elan edə bilməz. Fransa qanunlarına görə, fövqəladə rejimin müddətinin uzadılması üçün parlamentin sanksiyası olmalıdır.

Xəbərə əsasən, fövqəladə vəziyyət rejimi təhlükəsizlik xidməti əməkdaşlarının səlahiyyətlərini artırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi