Yuxarı

Fransada fövqəladə vəziyyət iyulun 15-dək uzadılıb

Senat bu barədə qərarı təsdiq edib

Bakı. 16 dekabr. REPORT.AZ/ Fransa Senatı ölkədə fövqəladə vəziyyət rejiminin 15 iyul 2017-ci il tarixinədək uzadılması barədə qərarı təsdiq edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Beləliklə, bu qərarı ölkə parlamenti tərəfindən qəbul edilmiş hesab etmək olar. Çünki bundan əvvəl Milli Assambleyanın deputatları fövqəladə vəziyyətin uzadılmasının lehinə səs veriblər.

Bu qərar güc strukturlarına ölkə vətəndaşlarının təhlükəsizliyini gücləndirilmiş iş rejimində təmin etmək imkanı verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi