Fransada küçələrdə yaşayan insanlar arasında ölüm halları 15 faiz artıb

Fransada küçələrdə yaşayan insanlar arasında ölüm halları 15 faiz artıb Fransada 2018-ci il ərzində 612 evsiz insan dünyasını dəyişib. Bu da əvvəlki ilə nisbətən 15 faiz çoxdur.
Digər ölkələr
30 Oktyabr , 2019 19:31
Fransada küçələrdə yaşayan insanlar arasında ölüm halları 15 faiz artıb

Fransada 2018-ci il ərzində 612 evsiz insan dünyasını dəyişib. Bu da əvvəlki ilə nisbətən 15 faiz çoxdur.

"Report"un Fransa bürosu xəbər verir ki, bu barədə "Le Collectif Les Morts de la Rue" qeyri-hökumət təşkilatının bu gün dərc edilmiş hesabatında bildirilir.

Sənədə əsasən, onların 27 faizi bədbəxt hadisə, zorakılıq, yaxud özünə qəsd nəticəsində, 36 faizi isə xəstəlikdən ölüb. Ölən evsiz insanların hər 10 nəfərdən 6-sı xarici vətəndaş olub. Onlar arasında 13-ü azyaşlıdır. Əgər Fransada ötən il orta ölüm yaşı 82 olubsa, bu, evsiz şəxslər arasında 48-ə bərabərdir.

Qeyd edək ki, 2017-ci ildə küçələrdə məskunlaşmış 511 evsiz insan ölüb.

Son xəbərlər

Orphus sistemi