Bakı. 30 dekabr. REPORT.AZ/ Fransanın Ruan şəhərində "sarı jiletlilər" hərəkatının iştirakçıları Fransa Bakının binasının girişində yanğın törədiblər.
“Report” xəbər verir ki, bu barədə yerli prefekturaya istinadən "Europe 1" məlumat yayıb.
Bildirilir ki, etirazçılar bir neçə zibil qutusunu bankın girişi qarşısına gətirərək yandırıblar. Nəticədə binanın qapısına ziyan dəyib.
Daha əvvəl etirazçılar Var departamentində prezidentin yay iqamətgahına girmək istəyiblər.