Fransada etirazçı şagirdlər liseylərə girişi bağlayıb

Fransada etirazçı şagirdlər liseylərə girişi bağlayıb Toqquşmalar nəticəsində polis gözyaşardıcı qazdan istifadə edib
Digər ölkələr
3 Dekabr , 2018 17:20
Fransada etirazçı şagirdlər liseylərə girişi bağlayıb
0 : 00
0 : 00

Bakı. 3 dekabr. REPORT.AZ/ Fransada təhsil sistemindəki islahatlara qarşı çıxan şagirdlər ölkə daxilində, təqribən, yüz liseyə girişi bağlayıb və bu, hüquq-mühafizə orqanları əməkdaşları ilə toqquşmalara səbəb olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "France Info" portalı məlumat yayıb.

Belə ki, Overn-Rona-Alplar regionunda bir hissəsi "sarı jiletlilər" hərəkatını dəstəkləyən şagirlər polisə müxtəlif əşyalar atmağa başlayıblar və hüquq-mühafizə orqanları əməkdaşları bunun qarşılığında gözyaşardıcı qazdan istifadə edib.

İğtişaşlar Fransanın digər regionlarından yan keçməyib. Məsələn, məktəblilər Burqundiya, Luar vadisi, Korsika, Provans və bir sıra digər regionların təhsil müəssisələrinin işini iflic edib. Paris ətrafındakı Obervilyedə məktəblilər lisey qarşısında avtomobil və zibil qutuları yandırıb.

Qeyd edək ki, Fransada noyabrın 17-dən bəri avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etirazlar keçirilir, aksiya iştirakçıları sarı jilet geyirlər.

Xatırladaq ki, dekabrın 1-də küçə iğtişaşlarına çevrilmiş etirazlar nəticəsində 133 nəfər yaralanıb, onlardan 23-ü polisdir.

Son xəbərlər

Orphus sistemi