Fransada "ETA" terrorçularının silah anbarı aşkar edilib

Fransada "ETA" terrorçularının silah anbarı aşkar edilib Əməliyyat zamanı 3 nəfər saxlanılıb
Digər ölkələr
17 Dekabr , 2016 03:49
Fransada ETA terrorçularının silah anbarı aşkar edilib

Bakı. 17 dekabr. REPORT.AZ/ Fransada "ETA" terrorçularının partlayıcı maddələrlə dolu silah anbarı aşkar edilib.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə İspaniyanın Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

Nazirliyin məlumatına görə, İspaniyanın mülki qvardiyası Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi ilə birlikdə "ETA" döyüşçülərin tutulması və onların silahlan anbarının axtarışı məqsədilə xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 3 nəfər saxlanılıb.

Bununla yanaşı, silah və partlayıcı maddələr aşkar edilərək götürülüb. İspaniyanın Daxili İşlər Nazirliyi yeni həbslərin olacağını istisna etməyib.

1959-cu ildə yaradılmış radikal milliyyətçi "ETA" qruplaşması İspaniyanın şimalındakı və Fransanın cənub-qərbindəki Baskoniyanın müstəqilliyini tələb edir. Qruplaşma 2011-ci ildə hərbi yolla mübarizəni dayandırdığını bildirib.  

Son xəbərlər

Orphus sistemi