Fransada ərzaq məhsulları kəskin bahalaşıb

Fransada ərzaq məhsulları kəskin bahalaşıb Fransada son il yarım ərzində ərzaq qiymətlərində kəskin artım olub.
Digər ölkələr
3 yanvar 2024 03:14
Fransada ərzaq məhsulları kəskin bahalaşıb

Fransada son il yarım ərzində ərzaq qiymətlərində kəskin artım olub.

"Report" “Insee” milli statistika institutuna istinadən xəbər verir ki, ölkədə 2022-ci ilin yanvarından 2023-cü ilin avqustuna qədər ərzaq qiymətləri 17,9 % artıb. Xüsusilə çörəyin, ətin və südün qiyməti kəskin bahalaşıb.

“E.Leclerc” supermarketlər şəbəkəsinin rəhbəri Mişel-Eduard Leklerkin sözlərinə görə, yaxın gələcəkdə ərzaq qiymətləri 6-8 % artmaqda davam edə bilər. Belə ki, istehsalçı şirkətlər istehsal xərclərinin artmasına işarə edir ki, bu da qiymətlərin yüksəlməsini zəruri edir.

Qeyd edək ki, aparıcı Avropa ölkələrində ÜDM-in azalması fonunda qiymət artımı qitə iqtisadiyyatının üzləşdiyi çətinliklərdən xəbər verir.

Son xəbərlər

Orphus sistemi