Fransada ənənəvi hərbi parad keçirilməyəcək

Fransada ənənəvi hərbi parad keçirilməyəcək Fransanın paytaxtı Parisdə Bastilya qalasının alınması günü ilə bağlı iyulun 14-də keçirilən ənənəvi hərbi parad koronavirusa görə təxirə salınıb.
Digər ölkələr
4 İyun , 2020 16:35
Fransada ənənəvi hərbi parad keçirilməyəcək

Fransanın paytaxtı Parisdə Bastilya qalasının alınması günü ilə bağlı iyulun 14-də keçirilən ənənəvi hərbi parad koronavirusa görə təxirə salınıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makronun administrasiyasından bildirilib.

Bu paradda minlərlə hərbçi, yüzlərlə hərbi texnika iştirak edir, Yelisey çölünə yüz minlərlə tamaşaçı toplanırdı. Bu paradın yerinə “Razılıq meydanı”nda (“Concorde" meydanı) pandemiyaya qarşı mübarizə aparan qəhrəman tibb işçilərinə həsr edilən yığcam mərasim keçiriləcək. Sosial məsafəyə görə, bu tədbirdə iki minə yaxın insan iştirak edəcək. Dəvət edilən qonaqların sayı isə 2 500 nəfəri aşmayacaq. Fransalı səhiyyə işçilərinin şərəfinə hərbi hava paradı keçiriləcək.

Qeyd edək ki, XVIII əsrin sonunda Fransada kralın ikiüzlü siyasəti və Parisin çörəklə təchizatının kəskin pisləşməsi cəmiyyətdə gərginliyin artmasına səbəb olur. Şəhərə şayiə yayılır ki, kral qoşunları Bastiliya qalasının yanında cəmləşdirəcək. Paris üsyana qalxır. Onlar silah anbarlarını ələ keçirirlər. 1789-cu il iyulun 14-də isə hamının kral tiraniyasının rəmzi kimi tanıdığı Bastiliya ələ keçirilir. Həmin gün Böyük Fransa inqilabının başladığı gün sayılır.

Bastiliya günü ilə bağlı parad 1918-ci ildən keçirilir. Bu tədbir uzun müddətə İkinci Dünya müharibəsi zamanı Paris alman faşistləri tərəfindən işğal olunanda təxirə salınmışdı. Bastiliyanın alınması Fransada milli bayram günü olaraq qeyd edilir. 

Son xəbərlər

Orphus sistemi