Fransada əlillər mərkəzindəki yanğında ölənlərin sayı 11-ə çatıb

Fransada əlillər mərkəzindəki yanğında ölənlərin sayı 11-ə çatıb Yanğınsöndürənlər Fransanın şərqindəki Vintsenhaym kommunasında əlillər üçün mərkəzdə baş vermiş yanğında ölən daha iki nəfərin meyitini çıxarıb. Bununda yanğın nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Digər ölkələr
9 avqust 2023 16:12
Fransada əlillər mərkəzindəki yanğında ölənlərin sayı 11-ə çatıb

Yanğınsöndürənlər Fransanın şərqindəki Vintsenhaym kommunasında əlillər üçün mərkəzdə baş vermiş yanğında ölən daha iki nəfərin meyitini çıxarıb. Bununla da yanğın nəticəsində ölənlərin sayı 11-ə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “France info” radiostansiyası məlumat yayıb.

“Yanğından sonra mərkəzin binasından 17 nəfər təxliyə edilib. Daha 11 nəfər isə itkin düşmüş hesab olunurdu. Artıq onların hamısı ölü halda tapılıb”, - radiostansiya prokurorluğa istinadən bildirib.

Prefekturadan verilən məlumata görə, yanğının söndürülməsinə 80-ə yaxın yanğınsöndürən və xilasedici cəlb olunub. Hadisə yerinə Fransanın Baş naziri Elizabet Born da gəlib.

Yanğının başvermə səbəbləri araşdırılır.

Xatırladaq ki, yanğın barədə xəbərdarlıq avqustun 9-da yerli vaxtla səhər saat 06:30 radələrində yanğınsöndürmə idarəsinə daxil olub. Yanğının baş verdiyi ev “La Forge” müalicəvi terapevtik institutun yanında yerləşir. Eyniadlı assosiasiya binanı əlillərə kömək etmək üçün icarəyə götürüb.

Son xəbərlər

Orphus sistemi