Fransada ekstremizmdə şübhəli bilinən şəxs polisə atəş açıb, 2 nəfər yaralanıb

Fransada ekstremizmdə şübhəli bilinən şəxs polisə atəş açıb, 2 nəfər yaralanıb Paris Antiterror Prokurorluğunda hadisə ilə bağlı araşdırma aparılır
Digər ölkələr
27 Aprel , 2017 12:58
Fransada ekstremizmdə şübhəli bilinən şəxs polisə atəş açıb, 2 nəfər yaralanıb

Bakı. 27 aprel. REPORT.AZ/ Fransanın Xarici Departamentində, Reyunyon adasında ekstremizmdə şübhəli bilinən şəxs saxlanılan zaman polisə atəş açıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb.

Polis cavab atəşi açıb. Ekremist olduğu bildirilən şəxs ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Paris Antiterror Prokurorluğunda hadisə ilə bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi