Yuxarı
    Bağlamaq

    ​Fransada daşqınlar zamanı 12 nəfər batıb

    Kann meri şəhərdə fövqəladə vəziyyət elan edib

    Bakı. 4 oktyabr. REPORT.AZ/ Fransada 12 nəfər daşqınların qurbanı olub.

    "Report" TASS-a istinadən xəbər verir ki, beş nəfər, ehtimal ki, öz maşınında su ilə dolmuş tuneldə qalarkən ölüb.

    "Üç nəfər Antib şəhəri yaxınlığındakı qocalar evini su basması nəticəsində ölüb, daha bir nəfər isə Kannda dünyasını dəyişib", - deyə xilasedicilərin məlumatında bildirilir.

    Təbii fəlakət Braq çayının öz məcrasından çıxması nəticəsində baş verib. Antib şəhəri yaxınlığında yerləşən rayonlar su altında qalıb. Hadisə yerlərinə iki xilasedici vertolyot cəlb olunub.

    Kann meri şəhərdə fövqəladə vəziyyət elan edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi