Fransada COVID-19-dan ölüm hallarının sayı 29,7 minə çatdı

Fransada COVID-19-dan ölüm hallarının sayı 29,7 minə çatdı Fransada bir gündə koronavirusdan 57 insan ölüb.
Digər ölkələr
24 İyun , 2020 01:10
Fransada COVID-19-dan ölüm hallarının sayı 29,7 minə çatdı

Fransada bir gündə koronavirusdan 57 insan ölüb.

"Report" xəbər verir ki, bu barədə “Le Parisien” ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Qərbi Avropa ölkəsində COVID-19-dan ölüm hallarının ümumi sayı 29 720-yə çatıb.

Məlumata görə, xəstəxanalarda baş verən ölüm hallarının sayı 19 232-dir, tibbi-sosial müəssisələrində ölüm hallarının sayı 10 488-dir.

Son 24 saatda koronavirusa 517 yeni yoluxma təsdiq edilib. Beləliklə, Fransada təhlükəli infeksiyaya yoluxanların sayı 161 267-ə çatıb.

Hazırda 9 491 koronavirus pasiyenti xəstəxanalardadır. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi