Bakı. 24 aprel. REPORT.AZ/ Fransada prezident seçkilərinin I turunun başa çatmasından sonra, bülletenlərin 97,47 faizinin hesablanmasından sonra alınan nəticələrə görə, "İrəli" hərəkatının qurucusu Emmanuel Makron 23,86 faiz seçici səsi toplayıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı Fransa Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Məlumatda həmçinin qeyd olunur ki, "Milli Cəbhə" partiyasının lideri, ikinci tura keçmiş Marin Le Pen isə 21,43 faiz seçici səsi toplayıb.
Bununla yanaşı, keçmiş baş nazir, "Respublikaçılar" partiyasından prezidentliyə namizəd olmuş Fransua Fiyona seçicilərin 19,94 faizi səs verib.
"Fətholunmaz Fransa" hərəkatının lideri Jan-Lyuk Melanşon nəticələrə görə - 19,62 faiz seçici səsi ilə Fiyona bir qədər yaxınlaşıb.