Fransada bir neçə nəfəri girov götürən şəxs saxlanılıb

Fransada bir neçə nəfəri girov götürən şəxs saxlanılıb Fransanın Tuluz şəhəri yaxınlığında yerləşən Blanyak kommunasındakı tütün məmulatları mağazasında 5 nəfəri girov götürən yeniyetmə saxlanılıb.
Digər ölkələr
8 May , 2019 06:34
Fransada bir neçə nəfəri girov götürən şəxs saxlanılıb

Fransanın Tuluz şəhəri yaxınlığında yerləşən Blanyak kommunasındakı tütün məmulatları mağazasında 5 nəfəri girov götürən yeniyetmə saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Kristofer Kastaner bildirib.

"Blanyak: - müqəssir saxlanılıb", - deyə daxili işlər naziri özünün "Twitter"dəki mikrobloqunda yazıb.

Nazir həmçinin xüsusi xidmət orqanlarının əməkdaşlarına peşəkarlıqlarına və soyuqqanlılıqlarına görə təşəkkür edib. 

Daha əvvəl isə Tuluz şəhəri yaxınlığında yerləşən Blanyak kommunasındakı tütün məmulatları mağazasında girov götürülmüş 5 nəfər azad edilib.

Son xəbərlər

Orphus sistemi