Fransada bir gündə 30 mindən çox yoluxma qeydə alındı

Fransada bir gündə 30 mindən çox yoluxma qeydə alındı Fransada COVID-19 koronavirusuna yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı çoxalıb.
Digər ölkələr
16 Oktyabr , 2020 01:40
Fransada bir gündə 30 mindən çox yoluxma qeydə alındı

Fransada COVID-19 koronavirusuna yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı çoxalıb.

“Report” xəbər verir ki, bu barədə “Sante Publique” bildirib.

Belə ki, ölkədə koronavirus infeksiyasına 30 621 yeni yoluxma faktı qeydə alınıb. Bununlada Fransada ölkədə koronavirusa yoluxma rekord həddə çatıb.

Son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 88 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 809 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 104 082 müalicə olunaraq sağalıb, 33 125 nəfər vəfat edib. Aktiv xəstə sayı 672 477 nəfərdir.

Son xəbərlər

Orphus sistemi