Fransada bir gündə 200-dən çox nümayişin keçirilməsi planlaşdırılır

Fransada bir gündə 200-dən çox nümayişin keçirilməsi planlaşdırılır Yanvarın 31-də Fransada pensiya islahatlarına qarşı 200-dən çox nümayiş keçiriləcək.
Digər ölkələr
29 yanvar 2023 12:14
Fransada bir gündə 200-dən çox nümayişin keçirilməsi planlaşdırılır

Yanvarın 31-də Fransada pensiya islahatlarına qarşı 200-dən çox nümayişin keçirilməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə “BFM” telekanalı məlumat yayıb.

Həmkarlar ittifaqları ölkə sakinlərini islahatlara etiraz olaraq nümayişlərə çıxmağa və tətillər təşkil etməyə çağırmaqda davam edirlər.

Öz növbəsində Fransanın baş naziri Elizabet Born deyib ki, 2030-cu ilə qədər pensiya yaşının 62-dən 64-ə qaldırılması ilə bağlı güzəştə getmək niyyətində deyil.

Bornun təqdim etdiyi islahatlara əsasən minimum əmək haqqı ilə ən azı 43 il işləmiş insanlar üçün tam pensiyanın 1,2 min avroya qədər artırılması da nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi