Fransada Bəşşar Əsədin əmisinin 691 milyon avro dəyərindəki əmlakı müsadirə edilib

Fransada Bəşşar Əsədin əmisinin 691 milyon avro dəyərindəki əmlakı müsadirə edilib Hökumət 500-dən çox daşınmaz əmlaka həbs qoyub
Digər ölkələr
13 Mart , 2018 15:20
Fransada Bəşşar Əsədin əmisinin 691 milyon avro dəyərindəki əmlakı müsadirə edilib
New York Times

Bakı. 13 mart. REPORT.AZ/ Fransa gömrük orqanının əməkdaşları ispaniyalı həmkarları ilə birlikdə Suriya prezidenti Bəşşar Əsədin əmisi Rifat Əsədə və onun yaxınlarına məxsus ümumi dəyəri 691 milyon avro olan daşınmaz əmlakı müsadirə ediblər.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Xatırladaq ki, ötən ilin aprel ayında Fransada R.Əsəd ilə bağlı atçılıq zavodu və dəbdəbəli mənzillər də daxil olmaqla 100 milyon dollar məbləğində əmlakın əldə edilməsi üzrə istintaq başlanıb. İyun ayında Fransa prokurorları ona qarşı korrupsiya ittihamı irəli sürüb, ardından onun əmlakına həbs qoyulub.

Ümumilikdə, 500-dən çox daşınmaz əmlaka, o cümlədən İspaniyanın Marbelya kurort şəhərində yerləşən əmlaklara - malikanə, şəhərkənarı ev, apartamentlər və restoranlara həbs qoyulub.

Fransa gömrüyü həmçinin zinət əşyalarını, avtomobilləri və yarış atlarını müsadirə edib.

Qeyd edək ki, Bəşşar Əsədin atasının qardaşı olan Rifat Əsəd 1983-cü ildə dövlət çevrilişinə cəhddən sonra ölkədən qovulub.

Son xəbərlər

Orphus sistemi