Fransada ata və qızı qar uçqununa düşərək ölüb

Fransada ata və qızı qar uçqununa düşərək ölüb Turistlər 3 min metrə yaxın yüksəklikdə xizək sürürlərmiş
Digər ölkələr
18 Fevral , 2018 23:25
Fransada ata və qızı qar uçqununa düşərək ölüb

Bakı. 18 fevral. REPORT.AZ/ Fransanın şərqində yerləşən Savoyya departamentinin dağlıq ərazisində baş verən qar uçqunu nəticəsində iki nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Franc Press" məlumat yayıb.

Bildirilir ki, 43 yaşlı Paris sakini və onun 11 yaşlı yeniyetmə qızı 7 xizəkçidən ibarət qrupun tərkibində qar uçqunu təhlükəsinin yüksək olması səbəbindən bağlı olan Kobm dö Jean dağları zonasındakı Val-d`İzer dağ kurortu yaxınlığında sürüşürlərmiş.

BFM telekanalının məlumatına görə, qar uçqunu 3 min metrdən çox yüksəklikdə baş verib.

Xilasedicilər ata və qızının cəsədini 2 min 930 metr yüksəklikdə tapıblar.

İnsan ölümü faktı ilə bağlı Albervil şəhər prokurorluğu araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi