Fransada aqressiv nümayişçilərə qarşı qanun hazırlanır

Fransada aqressiv nümayişçilərə qarşı qanun hazırlanır Bakı. 8 yanvar. REPORT.AZ/ Fransa hökuməti nümayişlər zamanı qanun pozuntusuna görə cəzaları sərtləşdirən yeni qanun hazırlayır.
Digər ölkələr
8 Yanvar , 2019 02:19
Fransada aqressiv nümayişçilərə qarşı qanun hazırlanır

Bakı. 8 yanvar. REPORT.AZ/ Fransa hökuməti nümayişlər zamanı qanun pozuntusuna görə cəzaları sərtləşdirən yeni qanun hazırlayır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi ölkənin baş naziri Eduar Filipp TF1 telekanalının efirində deyib.

Filippin fikrincə, etirazçıların mülki, eləcə də, maddi məsuliyyətini artırmaq lazımdır, "talançıları deyil, vergi ödəyicilərini ödəniş etməyə" məcbur etmək lazımdır.

Baş nazir əlavə edib ki, aksiyalar başlayandan bu günə kimi artıq 5,5 min nümayiş iştirakçısı saxlanılıb və onlardan təqribən 1000 nəfərinə qarşı hökm oxunub.

Son xəbərlər

Orphus sistemi