Bakı. 30 may. REPORT.AZ/ Fransada polis tərəfindən həyata keçirilən antiterror əməliyyatı zamanı 6 nəfər saxlanılıb.
Bu barədə "Report" yerli BFMTV telekanalına istinadən xəbər verir.
Polisdəki mənbə əməliyyatın prokurorluğun tələbi əsasında paytaxtın İl de Frans bölgəsində, eləcə də ölkənin cənub-qərbində yerləşən Bordo şəhərində keçirildiyini bildirib.
"Dörd kişi və iki qadın saxlanılıb", - telekanal informasiyanı dəqiqləşdirib.
Saxlanılanlardan biri - 48 yaşlı kişi daha əvvəl səkkiz il ABŞ-ın xüsusi təhlükəli silahlı-radikalları saxlamaq üçün yaradılmış Quantanamo həbsxanasında məhbus olub.