Fransada 8 yeniyetmə ildırım vurmasından xəsarət alıb

Fransada 8 yeniyetmə ildırım vurmasından xəsarət alıb İldırım kempinqdə quraşdırılan elektrik panelinə düşüb
Digər ölkələr
8 Avqust , 2017 11:25
Fransada 8 yeniyetmə ildırım vurmasından xəsarət alıb

Bakı. 8 avqust. REPORT.AZ/ Fransada bazar ertəsi axşam saatlarında 8 yeniyetmə ildırım vurmasından xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Fransanın cənub-şərqindəki Vyen kommunasında çadır düşərgələrindən birində yerli vaxtla saat 19:00-da baş verib.

Yerli qurumların ilkin məlumatlarına görə, ildırım kempinqdə quraşdırılan elektrik panelinə düşüb. Təbii fəlakət nəticəsində 7 nəfər yüngül xəsarət alıb. On beş yaşlı uşağın isə ürəyi dayanıb. Təcili sürətdə xəstəxanaya çatdırılan yeniyetmənin indiki vəziyyətini həkimlər çox ağır iymətləndirirlər.

Son xəbərlər

Orphus sistemi