Parisdə 68 min nəfər hökumət əleyhinə aksiya keçirib

Parisdə 68 min nəfər hökumət əleyhinə aksiya keçirib 87 etirazçı polis tərəfindən saxlanılıb
Digər ölkələr
18 May , 2016 04:05
Parisdə 68 min nəfər hökumət əleyhinə aksiya keçirib

Bakı. 18 may. REPORT. AZ / Fransanın paytaxtı Parisdə əmək qanunvericiliyində islahatlar aparılmasına qarşı çıxan 68 min nəfərin iştirakilə etiraz aksiyası keçirilib. "Report"un məlumatına görə, bu haqda "Monde" qəzeti məlumat yayıb.

Məlumata görə, etiraz aksiyası qarşıdurma və iştişaşlarla müşayiət olunub. Bəzi etirazçılar onlara nəzarət edən asayiş keşikçilərini daş-qalaq ediblər. Polis isə öz növbəsində gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.

Bununla yanaşı, 87 etirazçı polis tərəfindən saxlanılıb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, daha 53 nəfərə aksiyalarda iştirak qadağan olunub.

Narazılıqların yaranmasına səbəb əmək qanunvericiliyinə əlavə və dəyişikliklərdir. Dəyişikliklərə əsasən fabrik və müəssisələrin öz əməkdaşlarını işdən azad etmələri proseduru sadələşdirilib. Bununla yanaşı, iş vaxtı artırılıb, əlavə işə görə verilən əmək haqqı azaldılıb. Bu isə kütləvi narazılığa səbəb olub. Artlq neçənci dəfədir ki, paytaxt sakinləri hökumət əleyhinə aksiya keçririlər.

Qeyd edək ki, ölkənin bir sıra media orqanları və həmkarlar ittifaqları aksiyada 220 minədək etirazçının iştirak etdiyini bildirir. 

Son xəbərlər

Orphus sistemi