Fransada 4 gün lüks oteldə qalan evsiz-eşiksiz şəxs saxlanılıb

Fransada 4 gün lüks oteldə qalan evsiz-eşiksiz şəxs saxlanılıb 61 yaşlı kişinin otelə 2 min avro borcu yaranıb
Digər ölkələr
6 May , 2017 18:47
Fransada 4 gün lüks oteldə qalan evsiz-eşiksiz şəxs saxlanılıb
Sputnik

Bakı. 6 may. REPORT.AZ/ Fransanın Bordo şəhərində 4 gün beşulduzlu oteldə qalan və mehmanxanaya 2 min avro borcu yaranan evsiz-eşiksiz şəxs saxlanılıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, 61 yaşlı kişi ödəniş etmədən oteldən çıxmaq istəyib, lakin “Grand Hotel”in personalı müəssisəyə polis çağırıb.

Sözügedən şəxs bu addımı özünə xoş olmaq və küçədə yatmamaq üçün atdığını bildirib. O, eyni zamanda pullarının və əşyalarının oğurlandığını, ödənişi isə bank vasitəsi ilə edəcəyini söyləyib.

Qeyd olunur ki, kişini dələduzluq işi üzrə məhkəmə gözləyir.

Son xəbərlər

Orphus sistemi