Fransada 12 nəfər Makrona qarşı sui-qəsddə ittiham olunur

Fransada 12 nəfər Makrona qarşı sui-qəsddə ittiham olunur Fransanın milli antiterror prokurorluğu Fransa Prezidenti Emmanuel Makrona sui-qəsd hazırlamaqda şübhəli bilinən 12 nəfərə qarşı ittiham irəli sürüb.
Digər ölkələr
8 sentyabr 2022 04:31
Fransada 12 nəfər Makrona qarşı sui-qəsddə ittiham olunur

Fransanın milli antiterror prokurorluğu Fransa Prezidenti Emmanuel Makrona sui-qəsd hazırlamaqda şübhəli bilinən 12 nəfərə qarşı ittiham irəli sürüb.

Bu barədə “Report” “Agence France Press”ə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, 2018-ci ilin noyabrında ölkə rəhbərinə qarşı zorakılıq aksiyaları planlaşdıran ifrat sağçı “Les Barjols” qruplaşmasının üzvlərinə qarşı ittiham irəli sürülüb.

Həmçinin bildirilir ki, təqsirləndirilənlər arasında 11 kişi və bir qadın var.

İlkin olaraq işdə 14 nəfər iştirak etsə də, prokurorlar onlardan ikisinə qarşı ittihamlara baxmaqdan imtina ediblər.

Le Monde qəzetinin yazdığına görə, “Les Barjols” qrupu Makron 2017-ci ildə ilk müddətə Fransa prezidenti seçildikdən sonra yaradılıb.

Son xəbərlər

Orphus sistemi