Fransada 11 yaşlı yeniyetmə meri başını kəsəcəyi ilə hədələyib

Fransada 11 yaşlı yeniyetmə meri başını kəsəcəyi ilə hədələyib Fransanın Lion şəhərinin kommunası ətrafında meri başını kəsəcəyi ilə hədələyən cinayətkarın 11 yaşlı yeniyetmə olması üzə çıxıb
Digər ölkələr
10 Mart , 2021 04:41
Fransada 11 yaşlı yeniyetmə meri başını kəsəcəyi ilə hədələyib

Fransanın Lion şəhərinin kommunası ətrafında meri başını kəsəcəyi ilə hədələyən cinayətkarın 11 yaşlı yeniyetmə olması üzə çıxıb.

“Report” xəbər verir ki, bu barədə yerli “LyonMag” nəşri bildirib.

Riye-lya-Pap kommunasının meri Aleksandr Vensande martın 6-da feysbukda divarda onun başının kəsiləcəyi və bələdiyyənin yandırılacağı hədəsinin yazıldığı şəkli paylaşıb.

Polis həmin gün bildirib ki, təhlükəli yazılarla bağlı iş üzrə şübhəli şəxslərdən biri cinayət başında yaxalanıb. Onun yaşı açıqlanmayıb.

On bir yaşlı oğlanın saxlanılması Lionun prokuroru Nikol Jakenin bəyanatından sonra məlum olub. "Onun yaşı nəzərə alaraq, alternativ intizam tədbirləri görüləcək", - rəsmi məlumatda deyilir. Qrupun təhlükəli hədələr yazan digər iştirakçılarının axtarışları davam edir.

Son xəbərlər

Orphus sistemi