Fransa zooparkında brokonyerlər buynuza görə kərkədanı öldürüblər

Fransa zooparkında brokonyerlər buynuza görə kərkədanı öldürüblər Onlar heyvanı başından güllələyiblər
Digər ölkələr
8 Mart , 2017 01:27
Fransa zooparkında brokonyerlər buynuza görə kərkədanı öldürüblər

Bakı. 8 mart. REPORT.AZ/ Fransanın Tuari şəhər zooparkında naməlum şəxslər Afrika kərkədanının saxlandığı volyerə daxil olaraq heyvanı öldürüblər.

"Report" BBC-yə istinadən xəbər verir ki, canilər "Vins" ləqəbli ağ kərkədanı başından güllələyiblər və buynuzunu kəsərək özləri ilə aparıblar.

Həmin şəxslərin mahiyyət etibarı ilə buynuz ovçuları olduğu ehtimal edilir.

Qara bazarda sözügedən buynuzların bir kiloqramı təqribən 60 min dollar civarında qiymətləndirilir.

Bu, brokonyerlərin birbaş zooparkda heyvanlara hücum etməsi ilə bağlı ilk haldır.

Son xəbərlər

Orphus sistemi