​Fransa Yasir Ərəfatın ölümünün istintaqını dayandırıb

​Fransa Yasir Ərəfatın ölümünün istintaqını dayandırıb Hakimlər heç bir ittiham irəli sürmədən işə xitam veriblər
Digər ölkələr
2 Sentyabr , 2015 23:06
​Fransa Yasir Ərəfatın ölümünün istintaqını dayandırıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Fələstin liderinin öldürülməsinə dair bəyanatın araşdırılması ilə məşğul olan Fransa hakimləri heç bir ittiham irəli sürməyərək işə xitam veriblər.

"Report" xəbər verir ki, bu barədə Nanter Şəhər Prokurorluğu məlumat yayıb.

Mərhumun həyat yoldaşı Suxa Ərəfatın vəkili Fransis Spine bildirib ki, bu qərara etiraz edəcək. Ərəfatın qohumlarının fərziyyəsinə görə, onu radioaktiv poloniumla zəhərləyiblər.

Fələstin Azadlıq Təşkilatına rəhbərlik edən Ərəfat 2000-ci ildə Fransada müalicə aldığı xəstəxanada vəfat edib.

Son xəbərlər

Orphus sistemi