Fransa XİN: Makron Kiyevə səfər edə bilər

Fransa XİN: Makron Kiyevə səfər edə bilər Fransa Prezidenti Emmanuel Makron Ukraynanım paytaxtı Kiyevə səfər edə bilər.
Digər ölkələr
11 May , 2022 03:13
Fransa XİN: Makron Kiyevə səfər edə bilər

Fransa Prezidenti Emmanuel Makron Ukraynanım paytaxtı Kiyevə səfər edə bilər.

“Report”un məlumatına görə, bu barədə “RBC-Ukraina” Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Ann-Kler Legendrın BFM-nin efirində verdiyi açıqlamaya istinadən xəbər verib.

O, bununla belə qeyd edib ki, səfər üçün lazımi şərait yoxdur.

Fransanın diplomatik idarəsində hansı şərtlərin nəzərdə tutulduğu bildirilməyib.

"Fransa prezidenti Kiyevə səfərini istisna etmir. (Hazırda - red.) Bu səfərə şərait yaradaca biləcək praktiki faktorlar yoxdur", - o deyib.

Xatırladaq ki, Avropanın bir sıra dövlətlərinin prezidentləri və hökumət başçıları Ukraynaya səfər edib.

Son xəbərlər

Orphus sistemi