Fransa XİN: Olland və Merkelin Minskə səfəri haqqında qərar danışıqlardan sonra qəbul ediləcək

Fransa XİN: Olland və Merkelin Minskə səfəri haqqında qərar danışıqlardan sonra qəbul ediləcək "Sadəcə, kağızda qalmayacaq müqavilə hazırlayıb qəbul etmək lazımdır"
Digər ölkələr
11 Fevral , 2015 12:13
Fransa XİN: Olland və Merkelin Minskə səfəri haqqında qərar danışıqlardan sonra qəbul ediləcək

Bakı. 11 fevral. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkelin Minskə səfər etmələri haqqında qərar telefon danışıqlarından sonra qəbul ediləcək. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Loran Fabius "France Inter" radiostansiyasının canlı efirində bildirib. 

"Olland və Merkelin Minskə səfəri haqqında qərar bu gün səhərki telefon danışıqlarından sonra qəbul ediləcək" - nazir qeyd edib. 

"Bizi çox çətin danışıqlar gözləyir. Avropada müharibənin qarşısını almaq lazımdır. Sadəcə, kağızda qalmayacaq və həqiqətən də icrası yerinə yetiriləcək müqavilə hazırlayıb qəbul etmək lazımdır ", - Fabius vurğulayıb. 

"Ukrayna böhranının həlli yalnız siyasi olmalıdır. Silah göndərmək Fransanın planlarında yoxdur", - nazir əlavə edib. 

Son xəbərlər

Orphus sistemi