Fransa XİN rəhbəri: "İranla saziş üçün hələ çox işləmək lazımdır"

Fransa XİN rəhbəri: "İranla saziş üçün hələ çox işləmək lazımdır" "Danışıqlar prosesində bir sıra razılaşdırılmamış məqam qalmaqdadır"
Digər ölkələr
9 Aprel , 2015 20:47
Fransa XİN rəhbəri: İranla saziş üçün hələ çox işləmək lazımdır

Bakı. 9 aprel. REPORT.AZ/ "İranın nüvə proqramına dair yekun sazişi imzalamaq üçün hələ çox iş görmək lazımdır". "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Fransanın xarici işlər naziri Loran Fabius deyib.

O, İranın ali dini lideri Əli Xamneyinin "çərçivə sazişi" ilə bağlı son açıqlamasını şərh edərkən bildirib ki, danışıqlar prosesində bir sıra razılaşdırılmamış məqam qalmaqdadır: "Məsələn, iqtisadi sanksiyaların ləğvi ilə bağlı vahid mövqe hələlik mövcud deyil. İranın ali dini liderinin açıqlaması da bunu sübut edir".

Xatırladaq ki, Ə.Xamneyi bu gün bəyan edib ki, İranla "altılıq" dövlətləri (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) arasında imzalanan "çərçivə sazişi" danışıqlar prosesinin bütövlükdə müsbət nəticə verəcəyini təmin etmir.

Qeyd edək ki, Lozannada əldə olunan razılaşmaya əsasən, İran on il ərzində uranın zənginləşdirilməsi üzrə istehsa gücünün 2/3 hissəsini dayandırmalıdır. Bundan başqa, İranın uranın zənginləşdirilməsinə dair bütün proqramları 25 illik beynəlxalq nəzarətdə olacaq.

Tərəflər İranın nüvə proqramına dair saziş üzrə hazırlıq işlərini iyunun 30-dək yekunlaşdıracaq.

Son xəbərlər

Orphus sistemi