Yuxarı

Fransa XİN başçısı Böyük Britaniyadakı referendumun nəticələrinə görə məyusdur

Eyro: Aİ insanların etibarını geri qaytarmalıdır

Bakı. 24 iyun. REPORT.AZ/ Fransa xarici işlər naziri Jan-Mark Eyro Böyük Britaniyada Avropa İttifaqına üzvlüklə bağlı keçirilən referendumun nəticələrinə görə məyus olduğunu bildirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, XİN başçısı referendumun nəticəsinin Böyük Britaniya üçün də kədərli olduğunu vurğulayıb.

"Aİ fəaliyyətini davam etdirəcək, amma qurum insanların etibarını geri qaytarmalıdır. Bunu təcili eləmək lazımdır", - deyə J.-M.Eyro qeyd edib.

Xatırladaq ki, BBC-nin məlumatına əsasən, Böyük Britaniyada Avropa İttifaqına üzvlüklə bağlı keçirilən referendumun nəticələrinə görə seçicilərin 52%-i Aİ tərkibindən çıxmağın lehinə səs verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi