Yuxarı

​Fransa XİN başçısı: "Aİ bütün bura gəlmək arzusunda olan miqrantları qəbul edə bilməz"

Paris Avropa Komissiyasının silahlı münaqişələr olmayan təhlükəsiz ölkələr siyahısının tərtib edilməsi təklifini dəstəkləyir

Bakı. 22 sentyabr. REPORT.AZ/ Artıq bunu etiraf etməyin vaxtı çatıb ki, Aİ bütün bura gəlmək arzusunda olan miqrantları qəbul edə bilməyəcək. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Fransa xarici işlər naziri Loran Fabius Avropa İttifaqı DİN başçılarının fövqəladə iclası ərəfəsində Belçikanın Le Soir qəzetində çap olunan müsahibəsində bildirib.

Bu toplantı 120 min miqrantın əlavə olaraq birlik ölkələri arasında bölüşdürülməsi kvotasının müəyyənləşdirilməsi probleminə həsr olunacaq.

"Artıq açıq şəkildə etiraf etməyin vaxtı çatıb ki, Aİ bütün iqtisadi miqrantların qəbulu üçün qapıları açıq saxlaya bilməyəcək", - Fabius bildirib.

Paris Avropa Komissiyasının silahlı münaqişələr olmayan "təhlükəsiz ölkələr" siyahısının tərtib edilməsi təklifini dəstəkləyir.

Bütün bu ölkələrdən gələn vətəndaşlar avtomatik olaraq iqtisadi miqrantlar hesab olunacaq, lakin qaçqın statusu əsasən silahlı münaqişələr baş verən ölkələrin vətəndaşlarına veriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi