Yuxarı
    Bağlamaq

    Fransa XİN: ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi təklifi təxribatdır

    Bu təkliflə ABŞ-ın seçilmiş prezidenti Donald Tramp çıxış edib

    Bakı. 15 yanvar. REPORT.AZ/ Fransanın xarici işlər naziri Jan-Mark Eyro bildirib ki, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Amerikanın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsinə dair təklifi ciddi fəsadlar törədə biləcək təxribatdır.

    "Report" xəbər verir ki, bu barədə Fransa televiziyasına istinadən "Reuters" məlumat yayıb.

    "Əlbəttə (bu təxribatdır). Düşünürəm ki, o bunu edə bilməyəcək", - deyə XİN rəhbəri "France-3" telekanalının efirində bildirib.

    Nazir bunun "son dərəcə ciddi fəsadlara" gətirib çıxaracağına əminliyini ifadə edib.

    Eyro qeyd edib ki, Amerika səfirliyinin Qüdsə köçürülməsi planı dəfələrlə ABŞ prezidentlərinin gündəliyində durub, lakin onlardan heç biri "belə bir qərar qəbul etməyi özünə rəva bilməyib".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi