Fransa XİN: ABŞ-ın İrana qarşı sanksiyalarına cavab noyabr ayınadək hazırlanacaq

Fransa XİN: ABŞ-ın İrana qarşı sanksiyalarına cavab noyabr ayınadək hazırlanacaq Jan-İv Le Drian: "Amerikanın İrana qarşı sanksiyaları avqustdan tətbiq olunacaq"
Digər ölkələr
6 İyul , 2018 11:53
Fransa XİN: ABŞ-ın İrana qarşı sanksiyalarına cavab noyabr ayınadək hazırlanacaq
Liberation
0 : 00
0 : 00

Bakı. 6 iyul. REPORT.AZ/ "ABŞ-ın İrana və onunla ticarət edən şirkətlərə sanksiyalarına qarşı çoxtərəfli cavab noyabr ayınadək hazırlanacaq".

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə RTL yerli radiostansiyanın efirində Fransa XİN rəhbəri Jan-İv Le Drian bildirib.

"Bu mövzu gündəmdədir", - fransalı nazir bildirib.

O xatırladıb ki, sanksiyalar avqustdan tətbiq olunacaq: "Buna qədər bizim çox az vaxtımız var. Lakin gözlənilən ikinci dalğayadək, yəni noyabra qədər biz vacib qərarlar qəbul edəcəyik".

Son xəbərlər

Orphus sistemi