Fransa vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib

Fransa vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib Fransanın Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına İrana hər hansı səfərdən çəkinməyi tövsiyə edib.
Digər ölkələr
12 Yanvar , 2023 08:43
Fransa vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib

Fransanın Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına İrana hər hansı səfərdən çəkinməyi tövsiyə edib.

“Report” xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi “Charlie Hebdo” jurnalında İranın ali liderinin karikaturalarının dərci ilə əlaqədar Paris və Tehran arasında yaranmış gərginliklə bağlı sualları cavablandırarkən deyib.

“Fransa bütün dünyada mətbuat azadlığına və jurnalistlərin müdafiəsinə sadiqliyini bir daha bəyan edir”, - diplomat bildirib.

"İran hakimiyyətinə xatırladırıq ki, onlar bu ölkədəki vətəndaşlarımızın təhlükəsizliyinə cavabdehdirlər. Həmçinin qanunsuz həbs riskinin yüksək olduğunu nəzərə alaraq, İrana hər hansı səfərdən çəkinməyi rəsmi şəkildə tövsiyə edirik", - XİN nümayəndəsi vurğulayıb.

Yanvarın 8-də İranın ali dini lideri Ayətullah Əli Xameneinin “Charlie Hebdo”da karikaturaları dərc edildikdən sonra onlarla nümayişçi Fransanın Tehrandakı səfirliyi qarşısında toplaşıb. Məlumata görə, etirazçılar səfirliyin qarşısında Fransa bayrağını da yandırıblar.

Son xəbərlər

Orphus sistemi